Lui De Fünes

Lui De Fünes

Aktyor, ssenarist, rejissor

BİOQRAFİYA

Lui Jermen David de Fünes de Qalarza — Fransa kinosunun ən məşhur, komik aktyorlarından biri. Tamaşaçılarının yadında həddindən artıq çevik hərəkətləri, komik üz cizgiləri və hövsələsiz, bir yerdə qərar tuta bilməyən davranışı ilə qalıb. Yaratdığı obrazlar dünyanın hər yerində - vətəni Fransadan əlavə, keçmiş Çexoslovakiya, İspaniya, Almaniya, Belçika, keçmiş Yuqoslaviya, Niderland, İtaliya, Yunanıstan, Polşa, Rumınya, Bolqarıstan, Livan, İsrail, Türkiyə və keçmiş Sovetlər Birliyində həddindən artıq sevilirdi. Amma ingilis dilli ölkələr istisna təşkil edirdi. O ABŞ-da yalnız 1974-cü ildə ekranlara çıxan "Ravvi Yakubun ağlasığmaz sərgüzəştləri" adlı kinosu ilə qəbul olunur. Bir aktyor kimi ciddi rolların da öhdəsindən məharətlə gəlməsinə baxmayaraq dünya tamaşaçıları böyük aktyoru daha çox “Kələmlə şorba” (1981), “Orkestr adam” (1970), “Fantomas qəzəblənib” (1965), “Fantomas Skotland Yarda qarşı” (1966), “Fantomas” (1964), "Cənab Taksi"(1952), "Atam, anam, qulluqçu və mən" (1954), "Tutulmayan oğru deyil" (1957), "Böyük gəzinti" (1966), "Oskar" (1967) və sair filmlərindəki rolları ilə tanıyır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Lui_de_F%C3%BCnes

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç