Ron Şelton

Ron Şelton

Rejissor

BİOQRAFİYA

Ronald Ueyn Şelton – amerikalı rejissor və ssenaristdir. Keçmiş peşəkar beysbolçudur.  “Oskar” mükfatına namizəd olub. Ronald Şelton 15 sentyabr 1945-ci ildə ABŞ-da anadan olub. Daha çox idman mövzulu filmlərinə görə tanınır. 1988-ci ildə öz beysbol təcrübəsi əsasında “Darhem öküzü” adlı bədii filmlə “Oskar” mükafatına namizəd olub (ən yaxşı ssenari nominasiyasında). Bundan başqa “Bleyz”, “Ağ adamlar hoppanmağı bacarmır”, “Kobb”, “Dəmir kubok”, “Sümüyə vur”, Lənətlənmiş mövsüm”, “Hollivud polisləri”, “Hər şey indi başlayır” kimi filmlərin rejissoru və ya ssenari müəllifi olub. Uşaqlığı Kaliforniya ştatının Montesito şəhərində keçib. Üç qardaşı var (ən böyük qardaşdır). Santa Barbara orta məktəbini, ardınca Arizona Universiteti və Vestmont Kollecini bitirib. Kanadalı aktrisa Lolita Davidoviçlə evlidir. Həyat yoldaşını bir neçə kinofilminə, o cümlədən “Lənətlənmiş Mövsüm”ə çəkib. Onların iki övladı var və Los-Ancelesdə yaşayırlar. Bundan əvvəlki nikahından isə iki qızı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B5%D0%BB%D1%82%D0%BE%D0%BD,_%D0%A0%D0%BE%D0%BD

 

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç