Jan Rabson

Jan Rabson

Aktyor

BİOQRAFİYA

Jan Rebson – amerikalı səsləndirmə və kino aktyorudur. 14 iyun 1954-cü ildə Nyu York ştatının İst Medou şəhərində anadan olub. Janın səsi minlərlə telereklam, kino, televiziya serialı, televiziya filmi, bədii film, cizgi filmi və serialında səslənib. Jan uzun müddət “Mighty Carson Art Players” teleşousunun üzvü olub, Conninin skeçlərində müxtəlif əşyaların o cümlədən avtocavablandırıcı, kassa aparat və sair əşyaların səsini çıxarıb. Daha çox “Akira” (1988), “Oyuncaqların hekayəsi 3” (2010), “Ev heyvanları məzarlığı” (1989), “Oyuncaqların hekayəsi” (1995) filmləri və cizgi filmlərində oynadığı rollara görə tanınır. IMDB məlumat bazasına görə, karyerası ərzində 134 bədii film, serial və səsləndirmə rolu olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jan_Rabson   

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç