Milen Demonjo

Milen Demonjo

Aktrisa, рrodüser

BİOQRAFİYA

Milen Demonjo 29 sentyabr 1935–ci ildə Nitsa şəhərində (Fransa) anadan olub. Aktrisanın anası Klavdiya Trubnikova 1904-cu ildə Xarkovda (Ukrayna) doğulub. 1918-ci ildən sonra anası və nənəsi Fransaya köçüb. Milen karyerasına 15 yaşında başlayıb. Pyer Kardenin atelyesində fotomodel kimi çalışıb. Bir müddət sonra o kinoya çəkilməyə başlayıb, Demonjo Jan Mare, Marina Vladi, Alen Delon, İv MontnŞ Lui de Fünes kimi aktyorlarla tərəf-müqabili olub. Tamaşaçıya “Fantomas” komediya trilogiyasında jurnalist Fandorun sevgilisi rolu və “Üç muşketyor” filmində Miledi obrazı ilə məşhurlaşıb. 2006-cı ilin iyul ayında İncəsənət və Ədəbiyyat ordeni ilə təltif olunub. Milen Demonjo “Xarkov yasəməni” Beynəlxalq qısametrajlı film Festivalının Prezidentidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Myl%C3%A8ne_Demongeot

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç