Pol Taylak

Pol Taylak

Aktyor

BİOQRAFİYA

Pol Taylak  irlandiyalı ssenarist, aktyor və komediyaçıdır. 1989, 1990 və 1991-ci illərdə “Gecə şahinləri” serialı, RTE arts və digər teleproqramlara çəkilib. 2004-2005-ci illərdə RTE-də bir sıra skeçlərdə iştirak edib. Sözügedən şou 2005-ci ildə ən yaxşı əyləncə serialı kateqoriyasında “İrlandiya Kino və Televiziya Mükafatına” layiq görülüb. Taylak eyni zamanda BBC-də 2004-cü ildə yayımlanmış “Bura İrlandiyadır” komediya verilişində yaratdığı skeçlərə görə tanınır. 2001-ci ildə “Feyr siti” adlı sabun operasında Aşti adlı kürd qaçqını obrazını canlandırıb. 1997-ci ildə TV3 telekanalının “Messers” adlı komediya-səyahət şousuna çəkilib. 2016-cı ildə “Ziq-Zaq” cizgi filmində Pek obrazını səsləndirib. 2018-ci ildə isə “Lüis və onun göydəndüşən dostları” cizgi filminin səsləndirilməsində iştirak edib.
 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Paul_Tylak 

 

  

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç