Süzi Pauer

Süzi Pauer

Aktrisa

BİOQRAFİYA

Süzi Pauer - 2003-cü il təvəllüdlü irlandiyalı aktrisa və müğənnidir. “Fair City” filmində canlandırdığı Eleanor Deyli rolu ilə tanınır. Bundan başqa “Dark Touch” və “Balaca Roy” filmində oynadığı rolları ilə şöhrət qazanıb. Nə qədər qəribə səslənsə də Süzi karyerasına 9 aylığından başlayıb. “Kral Şir” cizgi filmində baş personajlardan biri Simba personajının yaradılmasında onun proobrazından istifadə olunub. Uşaq yaşlarında “İtirilmiş Oyuncaqlar”, “Dəcəl Elf”, “Arzuların köpüyü” cizgi filmlərində müxtəlif personajların səsləndirilməsində iştirak edib. 2008-ci ildə İrlandiyanın “Feyr Siti” sabun operasında debütünü gerçəkləşdirib. 2010-cu ilə kimi adıçəkilən serialda Eleanor Deyli personajını canlandırıb. 2015-ci ildə BBC-nin “Balaca Roy” serialında mərkəzi rollardan birinə qəbul olunub. 2016-cı ildə Uşaqlar arasında Avroviziya Mahnı Müsabiqəsində İrlandiyanı təmsil edib. Təsnifatdan keçə bilməsə də, ifa etdiyi “Popsicle” sinqlını ITunes və Spotify-da satışa çıxarıb. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın: 
https://en.wikipedia.org/wiki/Susie_Power_(actress)  

 

 

  

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç