Rayan Amon

Rayan Amon

Bəstəkar

BİOQRAFİYA

Rayan Amon – amerikalı bəstəkardır. Viskonsin ştatının Elkhorn şəhərində dünyaya göz açıb. Uşaq yaşlarından piano və saksafonda ifa etməyi bacarır. Sent Pol şəhərində "McNally Smith College of Music" musiqi kollecini bitirib. Orada kompozisiya, bəstəkarlıq üzrə təhsil alıb. Daha sonra BMI-da televiziya bəstəkarlığı üzrə kurslarda iştirak edib. 2000-ci illərin əvvəllərində Los-Ancelesə köçüb. Müxtəlif tanınmış şouların “kabus bəstəkarı” olduğundan kölgədə qalıb (The Apprentice, The Biggest Loser, American Idol, Shark Tank, The Oprah Winfrey Show, America's Got Talent,  Dancing with the Star). Kinoda daha çox Nil Blomkampın “Elizium” fantastik trillerinin bəstəkarı kimi tanınır. 5 bədii film və videooyunun bəstəkarıdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://ryanamon.com/

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç