Stiven Streyt

Stiven Streyt

Aktyor

BİOQRAFİYA

Stiven Streyt 23 mart 1986-cı ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. Əslən alman, italyan və ingilis köklüdür. O akrtisa və müəllim Stella Adlerin dərslərinə girə bilmək məqsədilə Village Community School, Xavier High School məktəbinə qatılıb. Yeniyetmə illərində modelliklə məşğul olmağa başlayıb və "L'uomo Vogue", "Spoon", "Details", "Surface", "Hollister Co" və "Pop magazine" kimi jurnallarda görünüb. Bununla belə Brus Ueber, Herb Ritts, və Ellen von Anverth kimi fotoqraflarla işləyib. Stiven 11 yaşındaykən aktyorluq dərslərinə başlayıb. İlk vaxtlar bu ona çətin gəlsə də, sonradan öz performans bacarığını kəşf edir və bunu davam etdirir. O, Nyu-Yorkda aktrisa və aktyorluq müəllimi Stella Adler ilə birgə işləyib. 2004-cü ildə karyerasını davam etdirmək məqsədilə Kaliforniyaya köçən Stiven, burada ilk aktyorluq təcrübəsini qazanıb. Beləki o, 2005-ci ildə Hava Akrobatlığı adlı komediya filmində iştirak edir və burada gənc yeniyetmə Uarren Pisi rolunu oynayır. Onun növbəti filmi "Kəşf edilməmiş" filmi olub. O bu filmdə müğənni və aktyor olan, məşhur olmaq istəyən gənci canlandırır. 2006-cı ildə "İblislə sövdələşmə" filmində Kaleb Danvers rolunu oynayıb. O həmçinin "Eramızdan 10.0000 il əvvəl" filmində də iştirak edib və bu film 2008-ci ildə işıq üzü görüb. Stiven 4 illik münasibətdən sonra 23 dekabr 2007-ci ildə aktrisa Linn Kollins ilə evlənib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Stiven_Streyt

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç