Mett Keyn

Mett Keyn

Aktyor, ssenarist, rejissor, prodüser

BİOQRAFİYA

Mett Keyn 18 yanvar 1991-ci ildə İngiltərənin Bristol şəhərində anadan olub. Eyni zamanda həm Britaniya həm də ABŞ vətəndaşıdır. Orta təhsilini "The Castle School" məktəbində alıb. Bristol şəhərində ITV telekanalının təşkil etdiyi West Television Workshop studiyasında aktyorluq kurslarına gedib. Çoxsaylı teatr tamaşalarında səhnəyə çıxıb, qısametrajlı filmlərə çəkilib. Keyn daha çox BBC-nin “The Cut” yeniyetmə serialında oynadığı Stiven Makkinnon rolu ilə tanınır.  Serialın 2 mövsümündə mərkəzi rollardan birini oynasa da, 3-cü mövsümdə onun personajı kölgədə qalıb. Bundan başqa BBC-nin “Casualty” və Channel 4 telekanalının “Skins” serialına çəkilib. “Dinozavr Layihəsi” adlı müstəqil macəra filmində baş rollardan birini oynayıb. Daha sonra ABC-nin “Once Upon A Time” serialının 3-cü mövsümünün çəkilişlərində iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Matthew_Kane_(actor)

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç