Eydrian Nikolas

Eydrian Nikolas

Aktyor, skaydayvçı

BİOQRAFİYA

Edrian Nikolas 4 mart 1962-ci ildə anadan olub. Britaniyalı skaydayver (paraşutçu) və aktyordur. 30 ölkənin hava məkanında 8 mindən çox tullanış həyata keçirib. 2000-ci ilin iyul ayında dahi italiyalı rəssam və ixtiraçı Leonardo Da Vinçinin dizaynı əsasında hazırlanmış paraşutun uğurlu sınağı ilə məşhurlaşıb. Həmin sınaqdan sonra Da Vinçinin paraşutunun dünyann ilk paraşutu olduğu isbatını tapıb. Piramidaşəkilli dizaynı olan paraşut sonradan onun isveçli həmkarı Olivyer Viyetti-Teppa tərəfindən də uğurlu şəkildə sınaqdan keçirilib. 1999-cu ilin mart ayında 35, 850 fut yüksəklikdə təyyarədən tulanıb və 4 dəqiqə, 55 saniyə ərzində 10 mil məsafəni qət edib. Bununla ən uzunməsafəli paraşut tullanışı kimi rekorda imza atıb. 2005-ci ilin sentyabr ayında Hollandiyanın Teksel şəhərində növbəti skaydayv tullanışı zamanı yerlə təmasına 750 fut qalmış avtomatik aktivasiya qurğusu işə düşərək, ehtiyat paraşutunun açılmasına səbəb olub. Vəziyyəti nəzarət altına almaq üçün əsas paraşutu açsa da, yerə sərt eniş edib və aldığı ölümcül xəsarətlərdən 17 sentyabr 2005-ci il, hadisə yerində keçinib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Adrian_Nicholas

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç