Dominik Sena

Dominik Sena

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Dominik Sena – amerikalı kinorejissor və klipmeykerdir. "Propaganda Films" şirkətinin təsisçisidir. Karyerasını operator olaraq başlayıb. Rejissor debütü 1993-cü ildə baş tutub. Bredd Pitt, Devid Duxovnı və Cülyetta Lüis kimi ulduzları bir araya gətirərək “Kaliforniya” filmini lentə alıb. Film Monreal kinofestivalında münsiflər heyətinin xüsusi mükafatını əldə edib. Bundan başqa Nikolas Keyc və Ancelina Colinin oynadığı “60 saniyəyə qarət”, Con Travoltanın oynadığı “Qılınc-balığı”, Keyt Bekinseylin oynadığı “Ağ Duman” filmlərinə görə tanınır. Eyni zamanda nüfuzlu kliplmeykerlərdən sayılır. Stinq, Devod Boui, Tina Törner, Brayan Adams kimi ulduzların kliplərini çəkib. Canet Ceksonun kliplər silsiləsi ona Qremmi mükafatını gətirib. Sena eyni zamanda reklam çarxları da çəkir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın: 
https://en.wikipedia.org/wiki/Dominic_Sena

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç