Keyt Breken

Keyt Breken

Aktrisa

BİOQRAFİYA

Keyt Breken 12 iyun 1990-cı ildə Şotlandiyada anadan olub. Breken daha çox “İnsan olmaq” (Being Human) serialında Aleks Millar roluna görə tanınır. Uşaqlığı Fort Uilyam şəhərkənarında yerləşən Spin Bric kəndində keçib. Kilmonveyq İbtidai Məktəbinə gedib, daha sonra Lochaber orta məktəbində oxuyub. Telfor Kollecini bitirdikdən sonra Mozeruell Kollecində oxuyub, 2011-ci ildə həmin təhsil ocağında aktyorluq üzrə dərəcə alıb. Daha sonra özünə agent taparaq, Londona köçüb və televiziya karyerasına qədəm qoyub. Teledebütünü 2011-ci ildə “Müfəttiş Corc Centli” serialında gerçəkləşdirib, Heyzel rolunu oynayıb. 2012-ci ildə Britaniyanın kifayət qədər populyar olan “İnsan olmaq” serialında  Aleks Millar obrazını canlandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm4512593/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç