Martin Makkann

Martin Makkann

Aktyor, ssenarist, prodüser, rejissor

BİOQRAFİYA

Martin Makkann 20 iyul 1983-cü ildə Belfastın yoxsul məhəlləsində çoxuşaqlı ailədə dünyaya göz açıb. "YouthAction NTs Rainbow Factory" xeyriyyə təşkilatının hesabına yayı ABŞ-da uşaq düşərgəsində keçirib və həmin vaxtdan yaradıcılıqla məşğul olmağa başlayıb. Geri dönüşündən sonra anası kastinq haqqında elana rast gəlir. Oliver Tvist roluna baxışdan uğurla keçib və səhnədə debüt edib. Teatr tamaşaları və kino ilə yanaşı televiziya layihələrində də iştirak edir. Uşaqlığında ona dəstək olub, düzgün istiqamətdə yönəltdiyinə görə "YouthAction NTs Rainbow Factory" xeyriyyə təşkilatına sonsuz dərəcədə minnətdar olan Makkann müntəzəm olaraq ona iri məbləğdə ianələr edir. O, ilk rolunu 2005-ci ildə Stiven Spilberqin “Sakin okean” mini serialında oynayıb. Həmin rolu qazanmaq üçün aktyor Spilberqə onun iştirak etdiyi bir neçə video göndərib. 2014-cü ildə Martin “X+Y” gənc dramında baş rollardan birini ifa edib. Daha çox “Bononu” öldürməli”, “X+Y” və “Kalibr” filmlərində oynadığı rolları ilə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/martin_mccann/

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç