Cennifer Qarner

Cennifer Qarner

Aktrisa

BİOQRAFİYA

Cennifer Enn Qarner 17 aprel 1972-ci ildə ABŞ-ın Hyüston şəhərində anadan olub. Anası müəllimə, atası mühəndis-kimyaçı olub. Cenniferin iki bacısı var. Uşaqlığında üç il balet dərslərinə gedib. Rəqs etməyi çox sevsə də klassik balerina olmağı planlaşdırmayıb. 4 yaşında olanda ailəsi ilə birlikdə Çarlston şəhərinə köçüb. 1990-cı ildə Corc Vaşinqton adına orta məktəbi bitirib və Denison Universitetinə daxil olub, atası kimi kimya sahəsi üzrə təhsil alıb. Lakin teatra maraq göstərməyə başladıqdan sonra, ixtisasını aktyorluğa dəyişməyə qərar verib. 1994-cü ildə universiteti bitirib və Yel universitetində təhsili davam etdirməyi planlaşdırıb. Ancaq Nyu-Yorka baş çəkdikdən sonra 1995-ci ildə özünü teatrda sınamaq qərarına gəlib. Şəxsi həyatına gəlincə, 1998-ci ildə “Felisiti” serialının çəkilişlərində aktyor Skott Foli ilə tanış olub. Onlar 19 oktyabr 2000-ci ildə evləniblər. Nikahın ömrü qısa sürüb, 2003-cü ildə yollarını ayırıblar. Daha sonra “Casus qadın” serialının çəkilişlərində aktyor Maykl Vartanla tanış olub. 2003-2004-cü illər ərzində görüşüblər. 2004-cü ildə aktyor Ben Affleklə görüşməyə başlayıb. 29 iyun 2005-ci ildə Terks və Kaykos adasında gizli toy ediblər. Mərasimdə yeganə qonaq aktyor Viktor Qarber və onun həyat yoldaşı Rayner Anderson olub. Qarner və Afflekin 3 övladı var. 2015-ci ildə cütlük yollarını ayırıb. 2018-ci ilin noyabrında boşanma rəsmiləşib. Daha çox “Casus qadın” (2001-2006) serialında Mərkəzi Kəşfiyyat İdarəsinin agenti Sidni Bristou rolu ilə tanınır. Həmin rol ona “Qızıl Qlobus” və ABŞ Kinoaktyorları Gildiyasının mükafatını qazandırıb, bundan başqa “Emmi” mükafatına namizəd olub. Kinoda “Pörl Harbor” (2011), “Bacarırsan məni tut” (2002), “Elektra” (2005), “Cuno” (2007), “Yalanın icadı” (2009), “Valentin Günü” (2010), “Timoti Qrinin qəribə həyatı” (2012), “Dallas alıcılar klubu” (2013) və digər filmlərdə oynadığı rollarla yadda qalıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jennifer_Garner

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç