Mayk Riç

Mayk Riç

Ssenarist

BİOQRAFİYA

Maykl A. “Mayk” Riç – amerikalı ssenaristdir. Daha çox idman mövzulu bioqrafik filmlərə yazdığı ssenarilərə görə tanınır. “Radio” (2003), “Forresteri tapmaq” (2000), “Çempion”  (2010) və digər filmlərin, “Maşınlar 3” (2017) cizgi filminin ssenaristi olub. “Çempion” (2010) filminə prodüserlik edib. Mayk Riç 1959-cu ildə ABŞ-ın Kaliforniya ştatının Santa-Monika şəhərində anadan olub. Oreqon Dövlət Universitetində oxuyub. Siqma Fi Epsilson qardaşlıq cəmiyyətinin üzvü olub. Oreqon Dövlət Universitetində tələbə olduğu illərdə didceylik edib və KFLY, KEJO kimi radiostansiyalarda xəbərləri aparıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinonews.ru/person_33130/mike-rich

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç