Riçard Moltbi-kiçik

Riçard Moltbi-kiçik

Ssenarist

BİOQRAFİYA

Riçard Eldric Moltbi-kiçik 6 oktyabr 1937-ci ildə ABŞ-ın Viskonsin ştatının Raypon şəhərində anadan olub. Virciniya Hosqud və Ser Riçard Maltbinin oğludur. Yel Universitetində ali təhsil alıb. Tələbə olduğu illərdə bəstəkar Devid Şayrla tanış olub və onunla əməkdaşlığının əsası qoyulub. Onların birgə üzərində çalışdıqları ilk Brodvey tamaşası 1968-ci ildə təqdim olunub. Kinoda daha çox “Miss Potter”(2006), “MakKlaud”, “Varlı olmaq daha yaxşıdır” (1964) filmləri üzərində gördüyü işə görə tanınır. “Toni” mükafatı laureatıdır. Moltbi iki dəfə evli olub: 5 iyun 1965-ci ildə Barbara Blek Sadlerlə ailə qurub. Həmin nikahdan 2 övladı var. 1987-ci ildə Canet Brenner ilə izdivaca daxil olub. Bu nikahdan isə 3 övladı olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Richard_Maltby_Jr.

 

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç