Yeva Qrin

Yeva Qrin

Aktrisa

BİOQRAFİYA

Yeva Qael Qrin 6 iyul 1980-ci ildə Parisdə (Fransa) əkiz bacısı Coydan 2 dəqiqə əvvəl anadan olub. Yevanın atası Valter Qrin yarı isveçli, yarı fransızdır – stomotoloq işləyir. Anası əlcəzair, fransız və yəhudi əsilli tanınmış aktrisa Marlen Joberdir. Şəxsi həyatına gəlincə “Cənnət krallığı” filminin çəkilişlərində Marton Çokaşla tanış olub və onun 5 il ərzində vətəndaş nikahında olub. 2009-cu ildə cütlük ayrıldıqlarını elan edib. Yeva Qrin xasiyyətində bir qədər mizantropluğun olduğunu gizlətmir. Verdiyi açıqlamaların birində, şəxsi münasibətə girəndə və ya kiminləsə tanış olanda qarşı tərəfin onu soyuq insan kimi qəbul etdiyini söyləyib. “Mən başqaları ilə məsafə saxlayıram, ona görə həyatda olan boşluğu aktrisalıq fəaliyyətim doldurur, o mənə maska geyməyə imkan verir.” Müsahibə verməyi və başqaları kimi özünü gözə soxmağı sevmir. “İnsanlar mənim ev düşkünü olduğumdan xəbər tutanda təəccüblənir, mən gecə klublarına və ya çılğın şənliklərə getməyi sevmirəm. Çəkilişdən sonra evə qayıdıb, divar sobasının qarşısında kitab oxumaqla dincəlirəm…” deyə aktrisa bildirib. Aktyorluq karyerasına teatr səhnəsində start verib. Kinodebütü isə rejissor Bernardo Bertoluççinin “Xəyalpərəstlər” (2003) dramında baş tutub. Dünya şöhrətini ona rejissor Ridli Skotun Qüds şəhəri uğrunda səlib yürüşlərindən bəhs edən “Cənnət krallığı” tarixi dramında oynadığı Qüds kraliçası və 2006-cı ildə ekranlara çıxan Vesper Lindin “Kazino Royal” filmində Cemys Bondun sevgilisi rolu gətirib. 2006-cı ildən etibarən başlıca olaraq müstəqil kinoya çəkilir. Buna misal kimi “Çatlar” (2009), “Yer planetində son məhəbbət” (2011), “Ana bətni” (2010) filmlərini göstərmək olar. O eyni zamanda 2011-ci ildə “Kamelot” serialına çəkilib, 2012-ci ildə isə Tim Börtonun “Tutqun kölgələr” filminin tele-adaptasiyasında görüntülənib. 2014-cü ildə “300 spartalı: İmperiyanının yüksəlişi” filmində Artemisiya rolunu ifa edib, rejissor Robert Rodrigesin “Günahlar şəhəri 2” filmində isə Yeva Lord rolunda çıxış edib. 2014-2016-cı illər ərzində Showtime telekanalında yayımlanan “Qorxulu əhvalatlar” (2014-2016) serialında Vanessa Ayvz roluna çəkilib. Həmin serialda rolu ona 2016-cı ildə dram serialında ən yaxşı qadın rolu kateqoriyasında “Qızıl Qlobus” mükafatına namizədlik qazandırıb. 2007-ci ildə Yeva Qrin “yüksələn ulduz” nominasiyasında BAFTA mükafatı laureatı olub. 2018-ci ildə Qrin Fransanın İncəsənət və Ədəbiyyat Ordeninin kavaleri titulunu əldə edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D1%80%D0%B8%D0%BD,_%D0%95%D0%B2%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç