Yuri Yakovlev

Yuri Yakovlev

Aktyor

BİOQRAFİYA

Yuri Vasilyeviç Yakovlev - Sovet kinematoqrafiyasının ən populyar aktyorlarından hesab olunur. Aktivində 100-dən çox teatr və kino rolu var. Həm komediya, həm də dramatik janrlarda öz sözünü deyib. “Qusar balladası”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Taleyin istehzası və ya həmişə təmizlikdə”, “Kin-dza-dza” komediyalarında və “İdiot”, “Təhlükəli döngə”, “Yer məhəbbəti” dramlarında oynadığı rollarla yadda qalıb. Vaxtanqov adına teatrın aparıcı aktyoru olub. Yuri Yakovlev 25 aprel 1928-ci ildə Moskvada hüquqşünas ailəsində anadan olub. İkinci Dünya müharibəsinin başlamasından sonra ailəsi ilə birlikdə Ufa şəhərinə təxliyə olunub. Ufada 13 yaşlı Yura xəstəxanada işləyən anasına kömək edib. 1943-cü ildə Moskvaya geri dönüb. Gecə məktəbində oxuyub və qarajda mexanik köməkçisi işləyib. 1943-cü ildə diplomatiya və xarici dillərlə maraqlanmağa başlayıb. Ancaq 5 il sonra sənədlərini Ali Kinematoqrafiya Məktəbinə təqdim edib. Qəbul üzrə komissiya abituriyentin xarici görünüşünün “fotogenik” olmadığını hesab edir. Amma o, həvəsdən düşməyərək Şukin adına Teatr Məktəbinə daxil olur. 1952-ci ildə məzun olur və Yevgeni Vaxtanqov adına Akademik Teatrın truppasına qoşulur. 1953-cü ildə kinoya çəkilir. Onun kinodebütü “Albaniyanın böyük qəhrəmanı - Skanderbeq” adlı ilk alban bədii filmində baş tutub. 1954-cü ildə Kann kinofestivalının münsiflər heyəti onun çıxışını yüksək qiymətləndirib. Yakovlevi məşhur etmiş ilk rolu – rejissor İvan Pıryovun “İdiot” filmində knyaz Mışkin rolu olub. 5 noyabr 2013-cü ildə sonuncu dəfə ictimaiyyət qarşısına çıxıb (“Artist” Fondunun mükafatlandırma mərasimində). 30 noyabr 2013-cü ildə uzun sürən xəstəlikdən sonra Moskva xəstəxanasında dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%AF%D0%BA%D0%BE%D0%B2%D0%BB%D0%B5%D0%B2,_%D0%AE%D1%80%D0%B8%D0%B9_%D0%92%D0%B0%D1%81%D0%B8%D0%BB%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç