Coanna Qoinq

Coanna Qoinq

Aktrisa, prodüser

BİOQRAFİYA

Coanna Qoinq — amerikalı aktrisa. Coanna ABŞ Vaşinqtonda anadan olub və Nyu Yorkda Amerika Dram Sənəti Akademiyasında təhsil alıb. Öz karyerasını səksəninci illərin ortalarında “Sabahkı günlərin axtarışında”, “Başqa dünya” gündüz sabun operalarındakı rollarla başlayıb. 1991-ci ildə “Qara kölgələr” prym-taym serialında baş qadın roluna çəkilib. Böyük ekranda Qoinqin ilk debüt işi 1994-cü ildə “Uayett Erp” filmi olub. “Şantaj”, “Qurama yorğan”, “Ebbotların uydurma həyatı”, “Fantomlar”, “Evdə tək 4”, “Pulla qərar”, “Həyat ağacı” filmlərində çəkilib. Televiziya film və seriallarında çəkilib, “Spin Siti”, “Qanun və qayda” şouların qonağı olub. 2014-cü ildə “Krallıq” serialında çəkilib. 2004-cü ildə Qoinq aktyor Diln Uolş ilə ailə qurub, 2010-cu ildə cütlük boşalıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BE%D0%B8%D0%BD%D0%B3,_%D0%94%D0%B6%D0%BE%D0%B0%D0%BD%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç