Kley Keytis

Kley Keytis

Rejissor

BİOQRAFİYA

Kley Keytis – amerikalı animator və rejissordur. Daha çox məşhur Angry Birds mobil oyununun ekran adaptasiyasının (cizgi filmi) rejissoru kimi şöhrət qazanıb. Uzun müddət "Walt Disney Animation Studios" studiyasında animasiya bölməsinin rəhbəri olub. Karyerasını da elə Disneydə animator olaraq başlayıb. 19 il çalışdıqdan sonra 2013-cü ildə studiyanı tərk edib və rejissor olaraq fəaliyyət göstərməyə başlayıb. Eyni zamanda “Milad Hoqqaları” ailəvi komediyası (2018), “Rapunzel” (2010) və “Donmuş ürək” (Frozen, 2013) cizgi filmləri üzərində gördüyü işə görə tanınır.  Ümumilikdə 2 lentin rejissoru olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0443505/

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç