Maykl Qembon

Maykl Qembon

Aktyor

BİOQRAFİYA

Ser Maykl Con Qembon 19 oktyabr 1940-cı ildə İrlandiyanın Dublin şəhərində anadan olub. Britaniya Milli Teatrının aktyor heyətinə qoşulduqdan sonra karyerasında sürətli yüksəliş dövrü başlayıb. Həmin vaxt teatra ser Lorens Olivye rəhbərlik edirdi. Qembon beləcə onun rəhbərliyi altında Alan Aykburnun pyeslərində iştirak edirdi. 1980-ci ildə “Qalileyin həyatı” tamaşası ona Britaniyada böyük şöhrət qazandırır. Həmin vaxtdan bəri mütəmadi olaraq Kral Milli Teatrında müxtəlif klassik obrazları o cümlədən Kral Lir, Otello, Mark Antoni və sair obrazları canlandırır. Britaniyanın ən hörmətli, adlı-sanlı aktyorlarından hesab olunur. Dördqat BAFTA mükafatı laureatıdır (ən yaxşı aktyor nominasiyasında – 1987, 2000, 2001, 2002). 2002-ci ildə “Emmi”,  2003-cü ildə “Qızıl Qlobus” mükafatına namizəd olub. Britaniya imperiyası ordeninin komandorudur. Britaniyalı aktrisa Enn Millerlə evlidir. Həmin nikahdan 1967-ci il təvəllüdlü Ferqüs adlı oğlu var. 2004-cü ildən etibarən özündən 25 yaş kiçik olar Filipa Hartla yaşayır. 2007-ci ildə öz adını verdiyi oğlu doğulub. 23 iyun 2009-cu ildə ikinci oğlanları dünyaya gəlib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Michael_Gambon

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç