Bas Rütten

Bas Rütten

Aktyor, MMA döyüşçü

BİOQRAFİYA

Sebastyan “Bas” Rütten 24 fevral 1965-ci ildə Hollandiyanın Tilburq şəhərində anadan olub. Yeniyetməlik illərində çox zəif olub və ekzemaya görə əlcək və uzun qollu köynəklər geyməyə məcbur olub. Onu məktəbdə demək olar ki,  hər gün təkləyərək döyüblər. Evin arxasındakı meşədə gəzməklə təskinlik tapıb. İdmanla məşğul olan Bas, illər sonra onu döyən sinif yoldaşlarını rinqə çağırıb. Ancaq onlardan heç biri bu çağırışı qəbul etməyib. Basın əlbəyaxa döyüş növlərinə marağı 11 yaşında baxdığı “Əjdahanın yüksəlişi” filminə baxdıqdan sonra yaranıb. Filmə 17 yaşdan aşağı uşaqların baxması qadağan olunduğundan kinoteatra qardaşı ilə birlikdə seans başlayandan bir müddət sonra xəlvətcə daxil olub. İdmanla məşğul olmaq istəsə də, valideynləri onun bu istəyinə etinadsız yanaşıb. Habelə Bas sonra onları yola gətirə bilib və taekovondo dərslərinə gedib. İnadkarlığı və sərasər məşqləri ilə qısa müddətdə yaxşı nəticələr göstərməyə başlayıb. 14 yaşında olanda küçədə ona hücum edən xuliqanlarla dalaşıb. Bir zərbəyə rəqibinin burnunu sındırıb. Nəticədə onun qapısına polis gəlib və şikayətlə əlaqədar valideynləri onun taekovondo ilə məşğul olmasına qadağa qoyub. Sonradan Bas boksa girişib. 21 yaşında valideynlərinin evini tərk etməsindən sonra, yenidən sevimli döyüş növü olan taekovondaya qayıdıb. Ağır çəkidə UFC çempionu olub. Üçqat “Pancrase” birinciliyinin qalibidir. Karyerası ərzində Rütten Frenk Şemrok, Kevin Rednlmen, Moris Smit, Qaya Mezqera kimi çempionlara məğlubiyyət acısı yaşadıb. Karyerasını 22 matçlı məğlubiyyətsizlik seriyası ilə başa çatdırıb. Aktivində 22 qələbə və bir heç-heçə var. Onun ən sevimli fəndi qaraciyər nayihəsinə ardıcıl yumruq və təpik zərbələridir. Karyerasını başa çatdırdıqdan sonra PRIDE matçlarında şərhçi olub.  

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Bas_Rutten

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç