Süzanna Tompson

Süzanna Tompson

Aktrisa

BİOQRAFİYA

Süzanna Tompson 27 yanvar 1958-ci ildə ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində anadan olub. San Dieqo Dövlət Universitetini bitirib. Məzun olduqdan sonra yerli teatr tamaşalarında çıxış edib. Daha sonra televiziyada bir sıra populyar serial rolları olub. “Məxfi Materiallar”, “Ulduz yolu: Növbəti nəsil”, “Los-Anceles qanunu”, “Nyu-York polisi” və “Doktor Kuin- qadın həkim” seriallarının çəkilişi və səsləndirilməsində iştirak edib. Televiziyada ən məşhur rolu “Yenə və bir daha” serialında oynadığı rol sayılır (1999-2002). “Ulduz yolu: Voyacer” (1999-2000) serialında Borq kraliçası, “Dəniz polisi: xüsusi şöbə” (2006-2007) serialında Hollis Mann rolunu oynayıb. Həmçinin qısa ömürlü “Danilin kitabı” (2006) serialında görüntülənib. Böyük ekranlarda ən məşhur filmləri Kevin Kostnerin tərəf-müqabili olduğu “Cırcırama” mistik dramı və 1999-cu ildə ekranlara çıxan “Yalan toru” filmi sayılır. Sonuncuda Harrison Fordun personajının həyat yoldaşını oynayıb. 2012-2014-cü illərdə “Ox” serialında Moyra Kuin roluna çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Susanna_Thompson

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç