Piter Farrelli

Piter Farrelli

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Piter Leo Farrelli 17 dekabr 1956-cı ildə Birləşmiş Ştatlarda anadan olub. Qardaşı Robert (Bobbi) Farrelli ilə birlikdə 10-dan çox bədii filmin rejissoru və ssenari müəllifi olub. Başlıca olaraq “Merini kim sevməz ki”, “Səfeh və daha səfeh”, “Mən, yenə mən və İren” filmləri ilə şöhrət qazanıblar. Daha çox romantik komediya janrına üstünlük verirlər. Farrelli qardaşları Kamberlend (Rod Aylend) şəhərində boya-başa çatdıqlarından əksər filmlərini məhz sözügedən ərazidə çəkirlər. Filmlərində tez-tez fars və rok musiqidən istifadə edirlər. “Conundrum Entertainment” prodakşn şirkətinin həmtəsisçiləridirlər.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Peter_Farrelly

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç