Jüli Delpi

Jüli Delpi

Aktrisa, ssenarist, prodüser, rejissor

BİOQRAFİYA

Jüli Delpi 21 dekabr 1969-cu ildə Parisdə aktyor ailəsində (Mari Piye və Alber Delpinin qızıdır) dünyaya göz açıb. Nyu-Yorkda rejissor işi ixtisası üzrə ali təhsil alıb. Səhnədə debütünü 5 yaşında edib. Kinoda ilk epizodik rolunu 1985-ci ildə rejissor Jan-Lük Qodarın “Xəfiyyə” filmində oynayıb. İlk baş rolu Bertran Tavernyenin “Beatrinin ehtirası” filmi sayılır. Dünya şöhrətini ona 1990-cı ildə Anqneşka Hollandın səs-küylü “Avropa, Avropa” )1990) filmi gətirib. Həmin filmdən sonra karyerasında sürətli yüksəliş dövrü başlayıb. Növbəti illərdə rejissor Folker Şlendorfun “Səyyah” (1991), Kşiştof Keslyovskinin “Üç rəng: Ağ” filmində çəkilib. “Gün çıxmazdan əvvəl” (1995) və onun davamı olan “Gün batmazdan əvvəl” (2004) aktrisanın ən əlamətdar rollarından sayılır. Sonuncuda İtan Houkla baş rollara çəkilib və ssenari müəlliflərindən biri olub. 2007-ci ildə ilk dəfə rejissor kürsüsündə özünü sınaqdan keçirib, “Parisdə 2 gün” filmini lentə alıb. 2003-cü ildə gitarada ifa etdiyi, öz bəstələri olan mahnılardan ibarət albomu işıq üzü görüb. Jüli Delpi 2007-ci ildən alman bəstəkar Mark Straytenfeldlə vətəndaş nikahındadır. 2009-cu ildə onların Leo adlı oğlu dünyaya gəlib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Julie_Delpy

FİLMOQRAFİYA
Ssenarist
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç