Rixard Zammel

Rixard Zammel

Aktyor

BİOQRAFİYA

Rixard Ervin Zammel 13 oktyabr 1960-cı ildə Heydelberq şəhərində (Almaniya) anadan olub. Almaniyanın Hildeshaym şəhərində dram və musiqini öyrənib. 1981-ci ildə məzun olduqdan sonra Hildeshaym şəhər teatrının truppasına qoşulub. 1983-cü ildən Fransada yaşayır. Fransanın Provanse şəhərində aktyorluq və rejissorluq üzrə kursları bitirib. Aktyorluq sənəti üzrə təhsilini Süzan Strasberq məktəbində və Romanın Françeski De Sapio məktəbində artırıb. 1989-cu ildən Romada rejissor Corco Barberio ilə birgə teatrda çalışıb. 1993-cü ildə İtaliyadan ikinci vətəni Fransaya geri dönüb. Fransa, Kanada, Avstriya, Almaniya və Böyük Britaniya teatrlarının səhnəsinə çıxıb. Kinoda debütü italyan trillerində - rejissor Mikel Soavinin “Sekta” filmində baş tutub; filmdə Rixard yük maşını sürücüsü rolunu oynayıb. 1998-ci ildə “Taksi” blokbasterində baş antoqonist roluna çəkilib; “Mersedes” maşınlarda bankları yaran silahlı dəstənin başçısını oynayıb. 2000-ci ildə Avstriyanın məşhur “Komissar Reks” detektiv teleserialına çəkilib. Dünya şöhrətini ona Kventin Tarantinonun “Şərəfsiz İt Uşaqları” (2009) hərbi dramında Verner Raxtman rolu gətirib. İstedadlı aktyor fransız, italyan və alman kinematoqraflarının çəkdiyi filmə və seriallara çəkilir. 2014-cü ildən bəri Gilyermo Del Toronun “Ştamm” adlı serialında Tomas Eyhorst rolunda çıxış edir. Həmin rola görə 2015-ci ildə “ən yaxşı ikinci dərəcəli aktyor” nominasiyasında “Saturn” mükafatına namizəd olub. Aktyor sərbəst şəkildə ingilis, fransız və italyan dillərində danışır. Hazırda vətəndaş nikahından olan həyat yoldaşı və oğlu ilə Berlində yaşayır. Eyni zamanda Parisdə mənzili var. Aktyorun əvvəlki münasibətlərdən 2 qızı da var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Richard_Sammel

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç