Paskal Qreqqori

Paskal Qreqqori

Aktyor

BİOQRAFİYA

Paskal Qreqqori 8 sentyabr 1954-cü ildə Parisdə (Fransa) protestant ailəsində anadan olub. 12 yaşından Paris Opera səhnəsində xorda ifa edib və teatr tamaşalarında uşaq rollarını oynayıb. Fransanın Milli Dram İncəsənət Konservatoriyasına daxil olmaq üçün paralel olaraq Jan Perimoninin aktyorluq sənəti üzrə kurslarına gedib. 1973-cü ildə konservatoriyanın qəbul imtahanından kəsilsə də, kursun rəhbəri – tanınmış teatr rejissoru Antuan Vitez, onun azad dinləyici olaraq dərslərdə iştirak etməsinə icazə verib. Kinoda Paskal Qreqqori 1975-ci ildə Jan-Lui Bertuçellinin “Həkim Fransuaza Qayan” filmində debüt edib. Həmin vaxtdan bəri aktivində 100-ə yaxın kino və televiziya rolu var. Andre Teşine, Erik Romer, Ancey Julavski, Olivye Dan, Lük Besson kimi tanınmış rejissorlarla əməkdaşlıq edib. 1987-ci ildə tanınmış teatr və kino rejissoru Patris Şero ilə tanış olduqdan sonra, onu beş filminə çəkilib. Şeronun “Məni sevənlər qatarla getsin” filmində oynadığı rola görə ilk dəfə olaraq ən yaxşı kişi rolu nominasiyasında “Sezar” mükafatına namizəd olub. Aktyor bundan başqa daha 2 dəfə də aktyor olaraq “Sezar” nominantı olub. Habelə mükafatı qazanmaq ona nəsib olmayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0339621/bio?ref_=nm_ov_bio_sm

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç