Benua Majimel

Benua Majimel

Aktyor

BİOQRAFİYA

Benua Majimel 11 may 1974-cü ildə Parisdə (Fransa) bank işçisinin ailəsində dünyaya göz açıb. 12 yaşında olanda kastinqdən uğurla keçərək, rejissor Etyen Şatilyenin “Həyat uzun sakit çaydır” adlı dramında baş rollardan birini oynayıb. Doğuşdan sonra yerləri səhv düşmüş iki uşağın maraqlı hekayəsini danışan sosial komediya həm tamaşaçıların, həm də tənqidçilərin ürəyincə olub. Ekran əsəri çəkiliş heyətinə 4 “Sezar” mükafatı gətirib. Ardınca Kristina Lipinskinin “Atam gedib, anam da” komediyasında (1989) və yerli televiziya serialında rol alıb. 1993-cü ildə Majimel yenidən Kristina Lipinskinin filminin çəkilişlərinə qatılıb; İkinci dünya müharibəsi dövrü haqqında “Oğurlanmış dəftər” adlı romantik drama çəkilib. Ardınca çoxsaylı televiziya rolları olub. 1995-ci ildə Benua rejissor Mattyö Kassovitsin “Nifrət” adlı filminə ikinci plan rola dəvət olunub. Filmdə tərəf-müqabilləri Vensan Kassel və Saida Taqmau kimi aktyorları olub. Ekran əsəri Kann Kinofestivalında ən yaxşı rejissor işi nominasiyasında qalib olub. 1996-cı ildə Andre Teşinanın “Oğrular” filmində epizodik rola çəkilib. 1997-ci ildə ən yaxşı yeni aktyor kateqoriyasında “Sezar” mükafatına namizəd olub. 1999-cu ildə Majimel “Kral rəqs edir” adlı tarixi bioqrafik dramda təkəbbürlü 14-cü Lüdovik obrazını canlandırıb. Həmin rola görə 3 ay balet dərslərinə gedib, barokko dövrünə aid rəqsləri dərindən öyrənib.  Majimelin aktyorluq karyerasında yeni mərhələ Mixael Hanekenin “Pianoçu qız” filmində oynadığı baş kişi rolu (Valter Klemmer) olur. Filmdə onun sevgilisini oynayan İzabel Yupper fortepiano müəllimi Erika Kohut roluna görə 2001-ci ildə Kann Kinofestivalının mükafatı ilə təltif olunub. Benua Majimel Parisdə yaşayır. 1999-2003-cü illərdə tanınmış aktrisa Jülyet Binoşla vətəndaş nikahında olub. Onunla “Əsrin uşaqları” filminin çəkilişlərində tanış olub. Birgə nikahdan Anna adlı qızları var (1999 təv.). 2011-ci ildə Majimelin Cinina adlı ikinci qızı doğulub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Beno%C3%AEt_Magimel

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç