Karlito Olivero

Karlito Olivero

Aktyor

BİOQRAFİYA

Karlito Olivero 16 iyul 1989–cü ildə Çikaqoda anadan olub. Karlitonun atası puertorikolu, anası isə meksikalıdır. Karlito uşaq yaşlarından musiqiyə həvəs göstərib. 2007-ci ildə Menudo latın pop-qrupunun aparıcı vokalçısı olmaq üçün seçmə turlarda iştirak edib. İyirmi musiqiçi arasında seçilən dörd nəfərdən biri olub və qrupa üzv seçilib. Qrup "Sony Music"lə müqavilə imzalayıb və bir neçə mahnı yazdırıb. Lakin bir ildən sonra qrup dağılıb. Olivero aktyorluq karyerasına başlamaq üçün Los-Ancelesə köçür. Onun aktyor debütü “Rissoli və Ayls” serialında bir neçə epizod rol olub. Amerika "Starbucks" kofe şəbəkəsinin reklamında yer alır. 2013-cü ildə Olivero The X Factor amerika musiqili realiti şousunun 3-cü mövsümündə iştirak edib. Karlito Paulina Rubionun komandasına düşüb və müsabiqənin finalında üçüncü yeri qazanıb. 2017-ci ildə Din Devlinin “Bəd Samiri” dramatik trillerində çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/karlito_olivero/


FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç