Kerri Kondon

Kerri Kondon

Aktrisa

BİOQRAFİYA

Kerri Kondon 4 yanvar 1983-cü ildə İrlandiyanın Tippereri qraflığında Terls şəhərində anadan olub. 1999-cu ildə filmlərə çəkilməyə başlayıb. “Ballikissencel” serialında və “Ancelanın külü” filmində çəkilir. 2001-ci ildə Kral Şekspir teatr səhnəsində debütü olub. “Kelli bandası” (2003), “Denni quduz köpək” (2005) filmlərində çəkilib. 2005-ci ildən 2007–ci ilə kimi “Roma” serialında çəkilib. Ardınca “Sonuncu bazar” (2009), “Uçuş xətti” (2010), “Harda olusan ol” (2011), 2011-2012 ci illərdə “Uğur” serialında çəkilib. 2013-cü ildə “Heminquey evi” filmində və «Gəzən ölülər» filminin üç epizodunda çəkilib. 2014-cü ildə “Qızıl” filmində və “İnan” serialında rol alıb. “Qisasçılar: Altron erası”, “Birinci qisasçı: Qarşıdurma”, “Hörümçək adam: Evə qayıdış”, “Qisasçılar: Sonsuzluq savaşı” filmlərində F.R.I.D.A.Y. süni intellektini və Dəmir adamın köməkçisini səsləndirib. 2017-ci ildə “Ebbinq, Missuri sərhəddində üç bilbord” filmində çəkilib və “Ən yaxşı aktyor ansamblı” kateqoriyasında “Gold Derby Award” mükafatına layiq görülüb. Marvel kinematoqrafiya dünyasının filmlərində F.R.I.D.A.Y. süni intellektini səsləndirib. “Roma” serialında Oktaviya rolunun ifaçısıdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Kerry_Condon

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç