Çarlz S. Datton

Çarlz S. Datton

Aktyor

BİOQRAFİYA

Çarlz S. Datton 30 yanvar 1951-ci ildə Baltimorda (Merilend ştatı, ABŞ) anadan olub. Anasını heç vaxt tanımayıb, atası yük maşını sürücüsü olub. Nadinc uşaq olduğundan heç orta məktəbi bitirməyib. Boksla məşğul olub və özünə “Rok” ləqəbini götürüb. 17 yaşında olanda boksçu karyerası ilə faciəvi şəkildə vidalaşıb. Belə ki, küçə döyüşündə ehtiyatsız zərbə ilə rəqibini öldürüb və buna görə 7 il yarım müddətinə azadlıqdan məhrum edilib. Azadlığa çıxar-çıxmaz yenidən dəmirbarmaqlıqlar arxasına düşüb. Bu dəfə qanunsuz silah saxlamaya görə 3 il iş kəsilib. Həbsxanada intizam qaydalarını pozduğuna görə altıgün təknəfərlik kamerada saxlanılıb. Həmin kameraya yalnız bir kitab aparmağa icazə verilirdi. Vaxt öldürmək üçün özü ilə qaradərili yazıçıların pyeslər toplusunu aparır. Həmin pyeslər Dattondan böyük təəssürat yaradır. Kameradan çıxan kimi həbsxanada dram-teatr dərnəyi yaratmağı təklif edib. Həbsxananın inzibatçısı yalnız orta təhsili başa vuracağı təqdirdə buna razılaşacağını bildirib. Datton sözünün üstündə durub və hətta azadlığa çıxdıqdan sonra Tauson Universitetinə daxil olur. Sonra isə Yel Dram Məktəbində oxuyur. 1983-cü ildə ilk dəfə olaraq peşəkar səhnədə görüntülənib. 1985-ci ildə isə aktyorun kino və televiziya debütü baş tutub. 1997-ci  ildə ilk dəfə olaraq rejissor kürsüsünə əyləşib. Karyerası ərzində yüzdən çox film və seriala çəkilib. 1989-1994-cü ildə tanınmış aktrisa Debbi Morqanla evli olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B0%D1%82%D1%82%D0%BE%D0%BD,_%D0%A7%D0%B0%D1%80%D0%BB%D1%8C%D0%B7_%D0%A1%D1%82%D1%8D%D0%BD%D0%BB%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç