Linda Kardellini

Linda Kardellini

Aktrisa

BİOQRAFİYA

Linda Edna Kardellini 25 iyun 1975-ci ildə Kaliforniyada (ABŞ) anadan olub. Ailənin sonbeşiyidir. 10 yaşında olanda ilk dəfə olaraq məktəb pyesində səhnəyə çıxıb. Televiziyada debütü 1996-cı ildə “Şən Rocer” serialında baş tutub. 1993-cü ildə Saint Francis High School adlı məktəbi bitirdikdən sonra Loyola Merimaunt Universitetinə daxil olub. Oranı 2001-ci ildə teatr sənəti ixtisası üzrə bitirib. Linda daha çox “Eybəcərlər və başdanxarablar” serialında tələbə Lindsi Vier (1999-2000), “Təcili Tibbi Yardım” serialında tibb bacısı Samanta Taqqart (2003-2009) rolları ilə məşhurlaşıb. Sonuncunun 126-ya kimi tanınmış filmlərdə rol alıb. “Eybəcərlər və Başdanxarablar” serialının çəkilişləri zamanı tanış olduğu Ceyson Siqellə 5 il görüşüb. 2011-ci ildə nişanlısı Stiven Rodrigesdən hamilə qaldığı xəbəri yayılıb. Lila-Rouz adlı qız 29 fevral 2012-ci ildə dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Linda_Cardellini

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç