Minq-Na

Minq-Na

Aktrisa

BİOQRAFİYA

Minq-Na Ven 20 noyabr 1963-cü ildə Portuqaliyanın Makao bölgəsinin Koloan adasında anadan olub. Ven Minna Pensilvaniya ştatının Pittsburq şəhər məktəbində oxuyub, daha sonra təhsilini Karneqi Universitetində davam etdirib. 1990-1993-cü illərdə ssenarist Körk Aanesslə evli olub, həmin nikahdan 2 övladı var. 1995-ci ildə Erik Maykl Zi ilə ailə qurub. Venin televiziyada ilk rollarından biri “Dünya Necə Fırlanır” sabun operasında oynadığı rol olub. Lakin “Sevinc və uğur klubu” (1993) filmində oynadığı baş roldan sonra tanınmağa başlayıb. Növbəti əlamətdar rolu 1994-cü ildə məşhur video oyunun motivləri əsasında çəkilmiş “Küçə Döyüşçüsü” (Street Fighter) filmində oynadığı rol olur. 1998-ci ildə Brodvey səhnəsində debüt edib. Ven kino, teatr və televizadan çox səsləndirmə aktrisası kimi məşhurlaşıb. “Mulan” (1998) cizgi filmində baş personajı səsləndirməsi ona dünya şöhrəti gətirib. Həmin rola görə ən yaxşı səsləndirmə nominasiyasında “Enni” mükafatı ilə təltif olunub. Növbəti illərdə də dublyaj və səsləndirmə sahəsində fəaliyyətini davam etdirib. “Mulandan” sonra “Sonuncu fantaziya: Daxildəki ruh” adlı cizgi filmində baş personajı səsləndirib. Həmçinin NBC telekanalında yayımlanan “Təcili Tibbi Yardım” teleserialında həkim Çen Szinmey rolu ilə Amerikada kifayət qədər tələb olunan aktrisaya çevrilib. Serialda iştirakını 2004-cü ilə kimi davam etdirib (11-ci mövsümə kimi). 2006-cı ildə qısaömürlü “İtkin” serialına çəkilib. 2009-2011-ci illərdə “Ulduz qapısı: Kainat” serialında rol alıb. 2012-ci ildə Ven ABC telekanalının yüksək reytinqli “SİPƏR agentləri” superqəhrəman serialının çəkilişlərinə qatılıb. Serialın premyerası 2013-cü ilin payızında baş tutub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B5%D0%BD,_%D0%9C%D0%B8%D0%BD%D0%B3-%D0%9D%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç