Zak Li

Zak Li

Aktyor

BİOQRAFİYA

Zak Li 15 avqust 1984-cü ildə Liverpul şəhərində (Böyük Britaniya) anadan olub. Zakın anası indoneziya və britaniya əsillidir. Atası isə yavan və çin əsillidir. Buddizmə etiqad edən ailədə boya-başa çatıb. Üç yaşında olanda valideynləri boşanıb. Qardaşları ilə birlikdə Böyük Britaniyadan Cakartaya, oradan isə Avstraliyaya köçüb. Valideynlərinin boşanması onun yeniyetməlik dövründə psixoloji durumuna dərin nüfuz edir, pis yola düşərək, narkotik vasitələrə alüdə olur və cinayətkar qruplaşmanın üzvü olub. Qanunla tez-tez problemləri olurdu. Buddist tərbiyəsi görsə də, onu heç vaxt ciddiya almayıb. Sonradan İsa Peyğəmbərin həyat yolu ilə maraqlanmağa başlayıb. Nəticədə çox keçmədən xristianlığı qəbul edib. Zak Cakartaya geri döndükdə, yerli aktrisa və müğənni Nafa Urbah ilə tanış olub. 2007-ci ildə cütlük ailə qurub. Urbah bir neçə ildən sonra ərinin etiqad etdiyi dini qəbul edib və onunla Qüdsdə müqəddəs torpağı ziyarət etməyə yollanıb. 2011-ci ildə onların qızı dünyaya gəlib. 2005-ci ildə “Pis oğlanlar” filmində qəddar cinayətkar dəstə başçısı rolunu oynayıb. Bundan başqa “ Reyd 2” və “Reyd: Başa tuşlanan güllə” filmlərində oynadığı rollarla məşhurdur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/zack_lee/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç