Culiya Estell

Culiya Estell

Aktrisa

BİOQRAFİYA

Culiya Estell 4 yanvar 1989-cu ildə Cakarta (İndoneziya) şəhərində anadan olub. Atası fransız-amerikan əsillidir. Ana tərəfinin bir hissəsi indoneziyalı, bir hissəsi çinlidir. Culiya ailənin ortancılıdır. Böyük bacısı Kati Şaron populyar teleaparıcı və aktrisadır. Kiçik bacısı Şarlotta Kristi – biznes ledidir. Culiya Cakarta Beynəlxalq Litseyində oxuyub. Litseyi bitirdikdən sonra Beynəlxalq Fransa Məktəbinə daxil olub. 15 yaşında olanda “Aleksandriya” filmində kinodebütünü edib. Aleksandriya roluna görə yüksələn ulduz nominasiyasında “MTV İndonesia Awards” mükafatına layiq görülüb. Daha sonra “Bədbəxtlərin andı” və “Bədbəxtlərin andı 2” filmlərinə çəkilib. Bir neçə musiqi kliplərinin çəkilişində iştirak edib. 2006-cı ildə Culiya Estellin 17 yaşının tamamlanmasından sonra “Playboy” jurnalının yerli nəşri üçün fotosessiyası olub. 2014-cü ildə “Reyd 2” filmində döyüşçü qadın Alisiya rolunu oynayıb. Rejissor Qaret Evansın sözlərinə görə, Estelli görən kimi, rolu ona verməyə qərar verib, halbuki aktrisa buna qədər heç vaxt əlbəyaxa idman növü ilə məşğul olmayıb. Uğurlu çıxışından sonra “Reyd: Başa tuşlanan güllə” filmində rol alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/julie_estelle/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç