Co Taslim

Co Taslim

Aktyor

BİOQRAFİYA

Co Taslim - indoneziyalı cüdoçu və aktyordur. Yüksək reytinqli “Reyd” filmində baş rollardan birini oynayıb. Həmçinin “Forsaj 6” da oynadığı ikincidərəcəli rolla tanınır. 23 iyun 1981-ci ildə İndoneziyanın Palembanq şəhərində anadan olub. Yeniyetməlik illərində şərq əlbəyaxa döyüş növləri – uşu, cüdo və taekvondo ilə məşğul olub. Ancaq onu ən çox cüdo cəlb edib, ölkənin ən tanınmış cüdoçularından birinə çevrilib. 1999-cu ildə Cənub-Şərqi Asiya Çempionatında qızıl medalın sahibi olub. 2007-ci ildə Cənub-Şərqi Asiya Oyunlarında gümüş medal qazanıb. 1997-2009-cu illərdə İndoneziyanın cüdo üzrə milli yığmasının üzvü olub. Aldığı ağır xəsarətdən sonra idman karyerasına son qoymalı olub. İdmandan başqa, model və aktyor peşələrində də öz sözünü demiş adamdır. 2008-ci ildə kinoda debüt edib. 2010-cu ildə “Reyd” filminin çəkilişlərinə qatılıb. Həmin kəskin süjetli döyüş filmində oynadığı rola görə bir neçə mükafata layiq görülüb. 2013-cü ildə ekranlara çıxan “Forsaj” franşizasından olan altıncı filmdə əsas antoqonistlərdən birini canlandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Joe_Taslim

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç