Jak Odiar

Jak Odiar

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Jak Odiar 30 aprel 1952-ci ildə tanınmış rejissor və ssenarist Mişel Odiarın ailəsində dünyaya göz açıb. Müəllim olmağa hazırlaşsa da, ikinci kursda oxuyanda təhsili yarımçıq buraxıb və kinematoqrafiyaya baş vurub. Bir müddət montajçı işləyib. 1980-ci illərin əvvəllərindən etibarən ssenari yazmağa başlayıb. Alek Belmandonun baş rola çəkildiyi və Marrikonenin bəstəkarı olduğu “Peşəkar” adlı kult filmin ssenaristi məhz Jak Odiardır. Bundan başqa “Ələkeçməz Bob”, “Ölümcül gəzinti”, “Bakster, “Qətl radiortezliyi” kimi filmlər üzərində gördüyü işə görə tanınır. 1994-cü ildə ilk tammetrajlı bədii filmini “İnsanların necə yıxıldığına tamaşa et” adlı dramı lentə alır. Bu onun rejissor debütü sayılır.  Mattyö Kassovits və Jan-Lui Trentinyanın baş rollara çəkildiyi film tam fərqli düşüncəli insanların qarşılığı əlaqələrindən bəhs edən road-muvi üslubunda olan macəra filmidir. Jak növbəti rejissor işinə də Kassovitsi dəvət edib. “Naməlum qəhrəman” adlı həmin film Fransa müqavimətində iştirakı faktını saxtalaşdıraraq qəhrəmana çevrilmiş dələduzdan bəhs edir. 2015-ci ildə çəkdiyi “Dipan” adlı film Kann festivalında “Qızıl Palma Budağı” mükafatına layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9E%D0%B4%D0%B8%D0%B0%D1%80,_%D0%96%D0%B0%D0%BA

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç