Norman Korbey

Norman Korbey

Bəstəkar

BİOQRAFİYA

Norman Korbey 1956-cı ildə Kanadada anadan olub. Başlıca olaraq televiziya, kino filmləri və video oyunlar üçün saundtreklər yazıb. 2010-cu ildə Playstation 3 konsulu üçün buraxılmış “Heavy Rain” video oyununa yazdığı sauntrekə görə BAFTA mükafatçısı olub. Eyni zamanda 2005-ci ildə çıxan “Fahrenheit” oyununun bəstəkarıdır. Böyük ekranlarda daha çox “İkili Təhdid” (Doubly Jeopardy, 1999), “Ekstrimal Xüsusi Təyinatlılar” (Extreme Ops, 2012) və “Bəyanat” (The Statement, 2003) filmlərinə yazdığı bəstələrə görə tanınır. ABC telekanalında 2009-cu ildə yayımlanan “V” serialının musiqisinə görə iki dəfə “Emmi” laureatı olub. 2012-ci ildə bəstəkara mədəaltı vəzi xərçəngi diaqnozu qoyulub. 2013-cü il, yanvarın 25-də Norman Korbey 56 yaşında vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Normand_Corbeil

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç