Daq Kleyborn

Daq Kleyborn

Prodüser

BİOQRAFİYA

Daq Kleyborn 19 yanvar 1947-ci ildə ABŞ-ın Texas ştatının Hyüston şəhərində anadan olub. Uşaqlığı Oklahoma ştatının Tulsa şəhərində keçib. Kinematoqrafiyaya aparan yolu reklam meneceri və quruluşçu rəssamlıqdan keçib. Tulsa Universitetində ali təhsil alıb. Daha sonra Los-Ancelesin Mərkəzi İncəsənət-Dizayn Kollecində 2 il təhsil alıb. Sonradan kino sahəsinə baş vurub. Əvvəl San-Fransiskoda bədii filmlərin çəkilişində quruluşçu rəssamın köməkçisi vəzifəsində çalışıb. Sonra prodüserliyə qədəm qoyub. Daha çox “Zorronun maskası” (1998), “Forsaj” (2001), “Pul qatarı” (1995), “Döyüş Qatarı” (1983) filmlərinin prodüseri kimi tanınır. Karyerası ərzində ümumilikdə 21 filmə prodüserlik edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0165602

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç