Maykl Şennon Cenkins

Maykl Şennon Cenkins

Aktyor

BİOQRAFİYA

Maykl Şennon Cenkins 1969-cu ildə ABŞ-da anadan olub. Aktyor karyerasına “Tilsimlənmişlər”, “Baş xəstəxana”, “Mayami”, “Kobud və gözəllər”, “Mən onunlayam” filmlərində epizodik və ikinci dərəcəli rollara çəkilməklə başlayıb.  Daha sonra “İkili təhdid” (Double Jeopardy), Boller Bloklin detektiv filmlərinə çəkilir. 2000-ci illərdə çəkildiyi serialların sayı yağışdan sonra çıxan göbələklər kimi durmadan artıb. “Axmaq qız”, “Mənə kömək et”, “Həkim Veqas”, “Qreysi xilas edin” və digər seriallarda rol alıb. 2007-ci ildə Erik Bana və Drü Berrimorun baş rollara çəkildiyi “Bəxtəvər” filmində Qarri rolunu oynayıb. Həmin çəkiliş onun aktyor karyerasına böyük təkan verib. Poker oyunu haqqında film səkkiz milyon dollardan çox gəlir götürür. Atletik bədən quruluşu hesabına son zamanlar daha çox əlbəyaxa döyüş səhnələrinin olduğu filmlərə çəkilir. 2010-cu ildə Skott Edkinsin baş rola çəkildiyi “Danılmaz 3: Qurtuluş” filmində mərkəzi rollardan birini oynayıb. Cenkins komediya janrından da uzaq düşməyib. 2013-cü ildə boksçular haqqında “Möhtəşəm revanş” adlı idman komediyasına çəkilib. Filmdə baş rolları Robert De Niro və Silvestr Stallone ifa edib. Bir ildən sonra Cenkins rejissor Fernandel Almonaranın anonim kinematoqraflar dramının çəkiliş meydanına dəvət olunub. 2015-ci ildə Neron tarixi dramında Kerra adlı zabit rolunu oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://megogo.net/ru/name/22749-maykl-shennon-dzhenkins.html

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç