Darren Lemke

Darren Lemke

Ssenarist

BİOQRAFİYA

Darren Lemke – amerikalı ssenaristdir. 90-cı illərin sonundan kino industriyasına daxil olub. “Şrek Yekdir” cizgi filminin ssenaristlərindən biri kimi şöhrət qazanıb. Lemke 2004-ci ildə “İtkin” trillerinin rejissoru və ssenaristi olub. 1969-cu ildə Birləşmiş Ştatlarda anadan olub. Nyu-Cersi ştatının Paramus şəhər orta məktəbində oxuyub. 1997-ci ildə “Touchston Pictures” şirkətinə iki ssenari satıb. Həmin ssenarilərdən biri Uill Smitin baş rola çəkildiyi “Əkiz” (Gemini Man) fantastik trillerinə yazdığı ssenaridir. Məşhur rejissor Enq Linin lentə aldığı filmin 2019-cu ilin oktyabr ayında ekranlara çıxacağı gözlənilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Darren_Lemke

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç