Yeva Dedova

Yeva Dedova

Aktrisa

BİOQRAFİYA

Yeva Dedova – rus əsilli qazaxıstanlı/türkiyəli aktrisadır. 22 fevral 1992-cı ildə Qazaxıstanda anadan olub. 6 yaşında anası və qardaşı ilə birlikdə İstanbula köçüb. Orta məktəbdə qrafik dizayn və fotoqrafiya sənətinə maraq göstərib. Məzun olduqdan sonra müxtəlif reklam çarxlarının çəkilişlərində iştirak edib. Məşhur aktyor və rejissor Yılmaz Erdoğanın truppasına düşdükdən sonra türk seriallarına çəkilməyə başlayıb. 2013-cü ildə azərbaycanlı yazıçı Elçinin eyniadlı romanı əsasında lentə alınmış, Türkiyə-Azərbaycan istehsalı olan “Mahmud  və Məryəm” bədii filmində baş rolu – Məryəm rolunu oynayıb. 2014-cü ildə isə “Kurt Seit və Aleksandr” serialında Tatyana rolunda çıxış edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B5%D0%B4%D0%BE%D0%B2%D0%B0,_%D0%95%D0%B2%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç