Əmir Kamiab

Əmir Kamiab

Aktyor

BİOQRAFİYA

Əmir Kamiab – aktyor və ssenaristdir. Daha çox “Arqo” (2012), “Piramida” (2014) filmləri və “Mad TV” (2016), “Adam Devinin Ev Şənliyi” (2016) televiziya şoularında oynadığı rollarla tanınır. Karyerası ərzində 20 televiziya/bədii film, serial rolu olub. 2013-cü ildə Ben Afflekin “Arqo əməliyyatı” adlı bioqrafik dramında oynadığı rolla tanınır. Əmir Tehranda doğulsa da, Kaliforniyada boya-başa çatıb. Kodemiya çıxışları ilə gənclər arasında populyarlaşıb. Live Laughs adlı komediya layihəsinin iştirakçısı olub. Tommy T, 100 Comic Ultimate Laff-Down müsabiqələrinin qalibi olub. NBC telekanalında Stand-Up for Diversity Showcase şousunun çəkilişlərində iştirak edib. Mütəmadi olaraq dünyanın ən məşhur komikləri və stendap komediyaçıları ilə səhnəyə çıxır. Los-Ancelesin “Comedy Store”, “Laugh Factory” və “İmpro” kimi məşhur komediya klublarında monoloqları ilə çıxışlar edir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ovideo.ru/persona/52033#ixzz5WkWZEMAW

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç