Şövqi Hüseynov

Şövqi Hüseynov

Hüseynov Şövqi Ərəstun oğlu — Azərbaycan teatr və kino aktyoru, "Zirvə" mükafatı laureatı (2015), "Stanislavski" medalı laureatı (2015).

BİOQRAFİYA

Şövqi Hüseynov 1972-ci il avqust ayının 9-da Cəlilabad rayonunda anadan olub. 1989-cu ildə İncəsənət Universitetinin dram teatr və kino aktyoru fakültəsinə daxil olmuşdur. Xalq artisti, professor Cənnət Səlimovadan dərs alır. 1991-ci ildən Cənnət xanımın rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Kamera Teatrında aktyor vəzifəsində fəaliyyətə başlamışdır 2000-ci ildən AzTv-nin kino və dublyaj redaksiyası ilə də əməkdaşlıq edir. İranda,Türkiyədə, Moskvada, Kiyevdə, Moldovada keçirilən beynəlxalq teatr festivallarının laureatı olmuşdur. Azərbaycan Respublikasının əməkdar artistidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.10 mart 2015-ci ildə Milli Teatr günü Azərbaycan Dövlət Musiqili Teatrın səhnəsində "O olmasın bu olsun" tamaşasında ifa etdiyi Məşədi İbad roluna görə "Zirvə" mükafına layiq görülüb. 29 oktyabr 2015-ci ildə Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqı tərəfindən "Stanislavski" medalına layiq görülüb.

Aktrisa Şəbnəm Hüseynovanın həyat yoldaşıdır.

FİLMOQRAFİYA
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç