Saffron Berrouz

Saffron Berrouz

Aktrisa, ssenarist

BİOQRAFİYA

Saffron Dominik Berrouz 22 oktyabr 1972-ci ildə İngiltərənin paytaxtı London şəhərində siyasi faəlların ailəsində anadan olub. 17 yaşından model olaraq fəaliyyət göstərməyə başlayıb. Channel, Yves Saint Laurent və Vivienne Westwood kimi tanınmış brendləri təmsil edib. Aktrisa karyerasının əsasını “Atam naminə” dramında epizodik hippi-qız rolu ilə qoyub. Daha sonra “Dostların əhatəsində” filmində rol alıb. Tərəf-müqabilləri Minni Drayver və Kris Odonnel kimi tanınmış aktyorlar olub. “SİPƏR agentləri” serialında agent Viktoriya Hend roluna çəkilib. Daha çox “Dərin Mavi Dəniz” (1999), “Beyker-strit küçəsində qarət” (2008) və “Troya” (2004) filmlərində oynadığı rollarla məşhurlaşıb. 1999-cu ildə “Film Unlimited” jurnalına verdiyi müsahibədə biseksual olduğunu etiraf edib. Bir neçə il aktrisa Fiona Şou ilə görüşüb. “Atam naminə” filminin çəkilişlərində baş rol ifaçısı Deniel Dey-Lüislə eşq macərası yaşayıb. Ancaq sevgi həyatının ömrü qısa olub. Daha sonra aktyor Alan Kamminq və rejissor Mayk Fiqqislə qısamüddətli yaxın əlaqələri olub. 2011-ci ilin avqust ayında ssenarist Elison Belienlə eynicinsli nikaha daxil olub. Aktrisanın 2 övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Saffron_Burrows

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç