Şazad Lətif

Şazad Lətif

Aktyor

BİOQRAFİYA

Şazad Lətif – britaniyalı aktyordur. Pakistan, ingilis və şotland əsillidir. 1 iyul 1988-ci ildə London şəhərində anadan olub. Aktyorun ailəsi Londonun prestijli rayonunda məskunlaşıb. Orta məktəbi bitirdikdən sonra Lətif Bristol şəhərinin Old Uik teatr məktəbinə daxil olub. Tələbə olduğu illərdə Uilyem Şekspirin klassik pyesləri əsasında qoyulmuş tamaşalarda iştirak edib. Aktyor müasir texnikanı sevmir. Teatr məktəbinin son kursunda oxuduğu ildə “Kabuslar” teleserialına çəkilməyə başlayıb, serialda Tarik Məsud rolunu oynayıb. Bundan başqa “Təzə Ət”, “Qara güzgü”, “Mənim dəlisov gündəliyim” kimi seriallarda rol alıb. 2015-ci ildə Şazad “Meriqold oteli” adlı britaniya komediyasının aktyor heyətinə qatılıb. Çəkiliş meydanını avropalı kino ulduzları Dev Patel, Bill Nayi, Meqqi Smit, Seliya İmri və başqaları ilə bölüşüb. 2017-ci ildə “Ulduz yolu: Diskaveri” adlı fantastik serialın 1-ci mövsümünün çəkilişlərinə qatılıb, kosmonavt olan baş qəhrəmanlardan birini oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/shazad_latif/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç