İlyas Əhmədov

İlyas Əhmədov

Əhmədov İlyas Əhməd oğlu - Aktyor.

BİOQRAFİYA

Əhmədov İlyas Əhməd oğlu 5 aprel 1978-ci ildə anadan olub.

2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 2004-cü il oktyabrın 4-də Akademik Milli Dram Teatrına, əvvəlcə müqavilə ilə, 01.11.2005-ci ildə isə ştata aktyor götürülüb. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Qaçay ("Rəqabət", Bəxtiyar Vahabzadə), Nağıl ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı), oğlan ("Uçqun", Tuncer Cücenoğlu), Bağır ("Dirilən adam", Mir Cəlal) və kütləvi səhnələr. 2012-ci ildə "Qatil" tamaşasının məşqləri zamanı baş verən anlaşılmazlıqlara görə öz ərizəsi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrını tərk etmişdir.

FİLMOQRAFİYA
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç