Arnold Voslu

Arnold Voslu

Aktyor

BİOQRAFİYA

Arnold Voslu 1962-ci ildə Cənubi Afrika Respublikasında dünyaya göz açıb. Valideynləri teatr artistləri olub, onların peşəsi ilə əlaqədar daimi ünvanlarını tez-tez dəyişməli olublar. Əvvəl Port-Elizabet şəhərində yaşayıblar. Arnoldun Nediya adlı bacısı var. Vosku karyerasını CAR teatrında başlayıb, orada səhnədə göstərdiyi yüksək səviyyəli oyuna görə (“Don Juan”, “Hamlet”, “Sabah uzun gün olacaq” tamaşalarında) Pretoriya Dövlət Teatrının daimi aktyoruna çevrilib. Eyni zamanda “Məşəl mahnıları” trilogiyasında baş rolu ifa edib və  Meise Va Suid-Vves teleşousuna görə mükafata layiq görülüb. 1984-cü ildə “Balaca qardaş cəbhəyə gedir” hərbi komediyasında rol alıb. 1986-cı ildə filmin sikvelində də həmin rolu davam etdirib. Erkən karyerasında ən əlamətdar filmlərinə 1985-ci ildə ekranlara çıxan “Morenqa”, “1987-ci ildə istehsal olunan “Sarayda Şənbə Gecəsi”, “Skeletlər sahili” bədii filmlərini göstərmək olar. 1988-ci ildə Arnold ABŞ vətəndaşlığı əldə edib. 90-cı illərin əvvəlində Ridli Skotun “Cənnətin istilası”, “Zalman Kinqin “Qırmızı çəkməlinin gündəliyi 2”, Con Vunun “Çətin Hədəf” filmlərinə çəkilib. 1999-cu ildə ekranlara çıxan “Mumiya” macərə-qorxu filmində karyerasının vizit kartına çevrilmiş “bərzəx aləmindən qayıtmış “İmhotep” rolunu oynayıb. “Çətin Hədəf”, “Mumiya” və “Mumiya qayıdır” filmlərində canlandırdığı xarizmatik obrazlarla məşhurlaşıb. Həmçinin çoxsayda Amerika serialına çəkilib. Şəxsi həyatına gəlincə 1988-1991-ci illərdə Nensi Malfordla evli olub. 1998-ci ildə Silviya Ahi ilə ailə qurub. 1990-cı illərin axırlarında oxşar xarici görünüşə görə onu aktyor Billi Zeynlə tez-tez səhv salırdılar. Onun “Titanik” filmində çəkildiyini soruşurdular. Belə anlaşılmazlıqlarla üzləşən aktyor, onda gülüş doğuran bu sualları zarafatyana təsdiqlə cavablandırırdı.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Arnold_Vosloo

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç