Con Frankenhaymer

Con Frankenhaymer

Rejissor

BİOQRAFİYA

Con Maykl Frankenhaymer 19 fevral 1930-cu ildə Nyu-Yorkda (ABŞ) yəhudi ailəsində doğulub. Anası Helen Mari irland olub. Atasının yəhudi olmasına baxmayaraq katolik olub. Con hələ uşaq yaşlarından kino ilə maraqlanıb. BBC telekanalında işlədiyi müddətdə rejissor olmaq sevdasına düşüb. Çox keçmədən ilk sənədli filmini lentə alıb. Bu sənətə həvəsi artdığından kino nəzəriyyəsini A-dan Z-ə öyrənib. Xüsusilə Sergey Eyzenşteynin işləri ilə maraqlanıb. Rejissor karyerasını CBS telekanalında qurub. 1950-ci illərdə 140-dan çox serial epizodunun rejissoru olub. 1961-ci ildən etibarən tammetrajlı bədii filmlərə girişib. Böyük kinoda daha çox “Doktor Moronun adası” (1996), “Mayın yeddi günü” (1964), “Corc Uollas” (1997), “Mancuriyalı namizəd” (1962) filmlərinin rejissoru kimi şöhrət qazanıb. Karyerası ərzində 14 müxtəlif kino mükafatı laureatı olub. 30 qısametrajlı bədii filmi və 50-dən çox bədii/televiziya filminin müəllifidir. 2002-ci ildə 72 yaşında insultdan dünyasını dəyişib. İki dəfə evli olub. Kerolin Millerlə nikahı 1961-ci ilə qədər davam edib. İkinci həyat yoldaşı Evan Evansla 1961-ci ildə evlənib, ölümünə qədər onunla yaşayıb. Kristi və Liza Cin adlı qızları var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/John_Frankenheimer

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç