Ayzek Heyz

Ayzek Heyz

Aktyor

BİOQRAFİYA

Ayzek Li Heyz-kiçik 20 avqust 1942-ci ildə anadan olub. Amerikalı ritm-end-blüz musiqiçi, bəstəkar, prodüser, aranjemançı və aktyor olub. Daha çox Stax Records leyblı altında buraxdığı albomlarla məşhurlaşıb. Ən məşhur albomu “Hot Buttered Soul” klassik albomu hesab olunur. Həmin plastinkada Heyz ənənəvi üçdəqiqəlik mahnılar strukturundan saparaq, diskə cəmi 4 trek daxil edib. Onlardan ikisi ənənəvi pop mahnıların kaver versiyası, ikisi isə orijinal treklər olub. Albomdakı mahnılar 5 dəqiqədən 18 dəqiqəyə qədər davam edir. Digər mötəbər uğuru “Şaft” filmi üçün yazdığı musiqi olub. Filmin bəstəkarı olaraq “Oskar” və “Qremmi” mükafatları laureatı olub. Bundan başqa saundtreklər “Billboard” reytinqinin 3 kateqoriyasında birinci yerə çıxıb. O eyni zamanda “Cənub Parkı” animasiya serialında Şef personajını səsləndirib. Layihədə lap əvvəldən, “Kartman və anal zond” (1997) adlı epizoddan iştirak etsə də, 2005-ci ildə yayımlanmış “Torpaqda ilişib qalmış” adlı epizodunda sayentologiya məsxərəyə qoyulduğuna görə, çəkiliş rəhbərliyi ilə arası dəyib və layihədən ayrılıb. (Özü də saentologiyaya etiqad edirdi). 2002-ci ildə Heyzin adı “Rokn-Roll”un Şərəf lövhəsinə daxil edilib. 2006-cı ildə Heyz ilk insultunu keçirib. 10 avqust 2008-ci ildə qohumları onu evin qarşısında huşsuz vəziyyətdə aşkarlayıb. Yaxın zamanda xəstəxanaya çatdırılsa da, bir saatdan sonra ölüm qeydə alınıb. Ölümünə ikinci insult səbəb olub. Ayzek özündən sonra 12 övlad, 14 nəvə və 3 nəticə qoyub gedib. Adiyove adlı dördüncü həyat yoldaşı ilə 10 aprel 2006-cı ildə ailə qurub. Oğlanlarından biri onunla adaşdır. Ayzek Heyz Üçüncü adı altında musiqi prodüserliyi ilə məşğul olur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B5%D0%B9%D0%B7,_%D0%90%D0%B9%D0%B7%D0%B5%D0%BA

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç